Ceyhun Bayramov: “Bu il Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 11:31 (UTC +04:00)

2021-ci ildə Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirib, bu istiqamətdə ardıcıl işlər görülüb.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, il ərzində 10 ölkənin XİN başçısı Azərbaycana rəsmi səfərə, 8 ölkənin XİN başçısı isə işgüzar səfərə gəlib.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla 27 yeni müqavilə imzalayıb, eyni zamanda, indiyədək imzalanmış 17 müqavilə təsdiqlənərək qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR