Ərdoğan: Türkiyə PUA-larının Qarabağ və Liviyadakı uğurları dünyada müharibə qaydalarını dəyişdirir

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 09 yanvar 2023 14:31 (UTC +04:00)

Türkiyənin PUA-ları Qarabağ zəfərindən Liviyaya, terrorla mübarizədən xüsusi əməliyyatlara qədər geniş bir sahədə əldə etdikləri uğurla dünyadakı müharibə qaydalarını dəyişdirir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk tam olaraq yerli istehsalı olan yeni nəsil “Fırtına” haubitsasının təqdimat mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, təqdim olunan “Fırtına” və PUA-lar artıq terrorçuların kabusuna çevrilib.

“Suriyada əməliyyatlarımız çərçivəsində onların nə qədər vacib olduğunu gördük. 2023-cü il müjdələrlə dolu və vacib il olacaq. Milli döyüş təyyarəmiz anqardan çıxacaq. Təlim və yüngül hücum təyyarəmiz “Hürjet” ilk uçuşunu edəcək və dünyanın ilk pilotsuz gəmisi olacaq “Anadolu” da təhvil veriləcək”, - Türkiyə lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR