Hikmət Babaoğlu: Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını antisülh missiyası adlandırmaq olar

Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

© APA | Hikmət Babaoğlu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

# 25 mart 2023 18:22 (UTC +04:00)

Qarabağda son zamanlarda erməni təxribatlarının artması səbəbsiz deyil.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, bu təxribatlar Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanması üçün beynəlxalq ictimaiyyətin, daha dəqiq desək, ABŞ diplomatiyasının aktiv təşəbbüs göstərməsi kontekstində baş verir: “Bunu nəzərə alsaq, o zaman aydın olacaq ki, törədilən təxribatlar məhz regionda sülh istəməyən qüvvələrin dəstəyi ilə həyata keçirilir. Bu xüsusda diqqət edilməli məqamlardan biri də Qarabağda müvəqqəti yerləşən Rusiyalı sülhməramlıların davranışlarıdır. Onlar çox bariz şəkildə, çəkinmədən erməni təxribatlarını himayə edir, ərazimizə birbaşa nəzarətləri altında silah-sursat daşınmasına yardımçı olurlar. Bunu sülhməramlı missiyanın antisülh missiyası adlandırmaq olar. Beləliklə, antisülh missiyası üçtərəfli Bəyanatın onlara tanıdığı davranış qaydalarından tamamilə kənara çıxırlar. Belə olan halda şübhəsiz ki, Azərbaycan ərazisində törədilən cinayət əməlləri cəzasız qala bilməz və Azərbaycan öz suveren hüquqlarından istifadə edərək ən qətiyyətli qərarlar qəbul edəcək”.

Deputat qeyd edib ki, artıq Xankəndi-Xəlfəli-İstisi və digər istiqamətlər üzrə bəzi lokal nəzarət tədbirləri həyata keçirilib: Ancaq erməni təxribatçılarla müvəqqəti sülhməramlı missiyanın Azərbaycana qarşı birgə təxribatlarına son qoyulmazsa, Azərbaycanda nə sülhməramlılar, nə də qanunlarımızı pozan ermənilər qala bilər. Çox təəssüf ki, Ermənistan cəmisi iki il yarım bundan əvvəl başa çatmış müharibənin reallıqlarını unudaraq yenidən müharibəyə hazırlaşmaq niyyətinə düşüb. Son günlər Zəngilanda milli ordumuzun əsgərlərinə qarşı törədilən cinayət, şərti sərhədin müxtəlif istiqamətlərində törədilən təxribatlar belə deməyə əsas verir ki, Ermənistan dildə sülhü dəstəkləsə də, əməldə onu yeni hərbi-siyasi avantüraya sürükləyənlərə alət olmaqda davam edir. Ancaq Azərbaycanın nə öz missiyasını yerinə yetirməyən dırnaqarası sülhməramlıların, nə Ermənistanın, nə də Qarabağda yaşayan ermənilərin cinayətkar şıltaqlıqlarına dözməyə artıq hövsələsi qalmayıb. Azərbaycan uyğun bir zamanda anidən bütün bu təxribatlara son qoya bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR