Hikmət Hacıyev: "İranla Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir"

Hikmət Hacıyev: "İranla Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir"
# 11 mart 2022 20:04 (UTC +04:00)

Bu gün Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memorandum imzalanıb.

Bunu APA-ya Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində - Zəngilandan, Ağbənd kəndindən Araz çayı üzərindən İrana körpülər inşa olunacaq: “Quru və dəmir yolları, eyni zamanda, elektrik xətləri də daxil olmaqla yeni bir layihənin əsası qoyulub. Bu, Türkiyə, İran və Azərbaycanı birləşdirən dəhlizdir. Bu, eyni zamanda Avrasiyada yeni bir dəhliz olacaq ki, bütün nəqliyyat mənzərəsini dəyişəcək. Təbii ki, bundan bizim ölkələrimiz qazandı. Bəs qazanmayan kim oldu? Ermənistan! Yəni, Ermənistan istəmir deyə, biz onu gözləyəsi deyilik. Azərbaycan bu pozitiv gündəliyini bundan sonra da davam etdirəcək”.

H. Hacıyev İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanmasını tarixi hadisə adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR