İndoneziya səfiri: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik"

İndoneziya səfiri: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik"
  • Clock-gray 19:52
  • calendar-gray 23 Avqust 2019

"İndoneziya və Azərbaycan xalqları ayrılmazdır. Hər iki xalq arasında isti münasibətlər mövcuddur".

APA-nın xəbərinə görə, bunu media nümayəndələri ilə görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib.

Səfir qeyd edib ki, hazırda ölkələr arasında mövcud olan əlaqələr uzun illər ərzində formalaşıb: “İndoneziya Azərbaycanı bütün məsələlərdə dəstəkləyir. Biz hər zaman Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləmişik və dəstəkləyəcəyik. İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və məsələnin sülh yolu ilə həllini istəyir. İndoneziya hər zaman bu məsələdə Azərbaycanın yanında olacaq". 

Səfir xatırladıb ki, Azərbaycan 2006-cı ildə İndoneziyada səfirlik açıb. İndoneziyanın Azərbaycandakı səfirliyi isə 2010-cu ildə fəaliyyətə başlayıb.

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date