İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Club 100” təşkilatının geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Cəbrayıl rayonunda olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, səfər iştirakçıları tarixi Xudafərin körpüsünü ziyarət edib.