KİV: Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti iclası Brüsseldə keçiriləcək

KİV: Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın növbəti iclası Brüsseldə keçiriləcək
# 31 avqust 2022 12:49 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın üçüncü görüşünün keçiriləcəyi yer bilinib.

APA Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Belçika paytaxtı Brüsseldə görüşəcək.

“Baş nazir müavinlərinin növbəti görüşü Azərbaycan və Ermənistan liderlrəinin görüşündən sonra 1 ay ərzində baş tutacaq”, - qəzet yazıb.

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü dünən Moskvada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR