Rusiya Moskva-Bakı-Tehran formatında üçtərəfli görüşün keçirilməsinə ümid edir

Rusiya Moskva-Bakı-Tehran formatında üçtərəfli görüşün keçirilməsinə ümid edir
# 23 mart 2023 15:50 (UTC +04:00)

Moskva Rusiya-Azərbaycan-İran əməkdaşlığı formatına həqiqətən vacib önəm verir.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib.

Onun sözlərinə görə, bu format özünü artıq iqtisadiyyat, nəqliyyat, energetika sahələrində birgə layihələrin reallaşdırılmasına əsaslanan effektli əməkdaşlıq meydançası kimi təsdiq edib:

“Xatırladım ki, bu formatın təşəbbüskarı Azərbaycan Prezidenti İlham Əliyev olub. Ümid edirik ki, üçtərəfli kooperasiya bundan sonra da ölkələrimiz arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə və müasir şərtlərdə tələb olunan Şimal-Cənub Nəqliyyat Dəhlizi daxil olmaqla dayanıqlı nəqliyyat infrastrukturunun yaradılmasına böyük töhfə verəcək. Bu, gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artması və tranzit daşımalarının fasiləsizliyini təmin etmək baxımından çox vacibdir. Ona görə də, ümid edirik ki, yaxın perspektivdə gündəlikdə olan məsələlərin və üçtərəfli görüşün keçirilməsinin müddəti ilə bağlı konsensusa nail olunacaq. Biz öz tərəfimizdən bu yardım etməyə hazırıq”, deyə Rusiya XİN sözçüsü əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR