Türkiyə səfirliyi: Qardaş Azərbaycanın kədərini bölüşürük

Türkiyə səfirliyi: Qardaş Azərbaycanın kədərini bölüşürük
# 20 yanvar 2022 10:51 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA-nın yerli bürosunun xəbərinə görə, səfirlik bununla bağlı "Twitter" hesabında paylaşım edib.

"1990-cı il yanvar ayının 20-də baş verən hadisələrin 32-ci ildönümündə faciə nəticəsində şəhid olan bacı-qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edirik.

Türkiyə dövləti olaraq Ümumxalq Hüzn Günündə də qardaş Azərbaycanın kədərini bölüşürük", - deyə paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR