XİN: “Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir”

XİN: “Rumıniya Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməyə sadiqdir”
# 28 may 2022 11:36 (UTC +04:00)

Polşa və Rumıniya Xarici İşlər nazirlikləri Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, hər iki XİN-in "Twitter" səhifələrində bu barədə paylaşım edilib.

“Dostumuz və tərəfdaşımız olan Azərbaycanın Müstəqillik Günü mübarək olsun! Rumıniya strateji tərəfdaşlığımızı inkişaf etdirməyə və enerji, ticarət və əlaqələnmə kimi ümumi maraq kəsb edən sahələrdə ikitərəfli əməkdaşlığı daha da genişləndirməyə sadiqdir”, - Rumıniya XİN-in paylaşımında bildirilib.

Polşa XİN-in təbrikində isə deyilir:

“Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirik!

Polşadan ən xoş arzularla!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR