Xüsusi elçi: Aİ ilə Azərbaycan arasında sazişdə razılaşdırılası çox məqam qalmayıb

Xüsusi elçi: Aİ ilə Azərbaycan arasında sazişdə razılaşdırılası çox məqam qalmayıb
# 17 noyabr 2022 15:58 (UTC +04:00)

“İkitərəfli məsələlərə gəlincə, sonuncu məsələ bizim sazişimizdir. İstərdik, Sizdən xahiş edək ki, bunu həyata keçirmək üçün daha bir təkan verək”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebel Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

“Bildiyiniz kimi, razılaşdırılası çox məqam qalmayıb. Ona görə də əgər biz ikitərəfli sazişi razılaşdıra bilsək, bu, əlbəttə ki, ikitərəfli əməkdaşlığımızda daha bir mühüm addım olacaq. Ümumilikdə isə biz burada dinləyici qismindəyik. Böyük məmnuniyyətlə Sizin fikirlərinizi, ideyalarınızı dinləyərik. Biz onları müvafiq olaraq paytaxtlarımızda öz rəhbərliklərimizə çatdıracağıq. Ümumilikdə isə biz sadəcə burada olmağa şadıq və bizi qəbul etdiyinizə görə minnətdarıq, cənab Prezident”, - Dirk Şuebel qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR