Fəxrəddin Altun: “Siyasi liderlərin qondarma “erməni soyqırımı” ilə bağlı dediklərinin önəmi yoxdur”

Fəxrəddin Altun: “Siyasi liderlərin qondarma “erməni soyqırımı” ilə bağlı dediklərinin önəmi yoxdur”
# 20 aprel 2021 13:39 (UTC +04:00)

“Türkiyə Cümhuriyyəti olaraq 1915-ci ildə Osmanlı imperiyası tərəfindən qəbul edilmiş “Təhcir Qanunu”nun tətbiqi zamanı yaşanan faciəli hadisələri bütün qəlbimizlə hiss edirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun 1915-ci il hadisələri ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 1915-ci il hadisələrinin tarixi həqiqətlərə söykənən elmi araşdırmalar əsasında beynəlxalq aləmə doğru şəkildə çatdırılması lazımdır.

F. Altunun sözlərinə görə, konfransın keçirilməsində məqsəd tarixi həqiqətləri üzə çıxartmaq və qondarma “erməni soyqırımı” iddiası ilə Türkiyəni sarsıtmaq cəhdlərinin qarşısını almaqdır.

“Həmin dövrdə Osmanlı dövləti çox böyük çətinliklərlə üz-üzə qalaraq Çanaqqala, Qafqaz, Hicaz, Fələstin və İraqda mübarizə aparmalı olub. Bu torpaqların hər tərəfində yaşanan ağrılı hadisələri unutmadıq və bunlara böyük əhəmiyyət veririk. 1915-ci ildə nə olduğuna dair 100 ildir iddialar hələ də davam edir. Kimlərsə hadisəni siyasiləşdirib bunu imperialist güclərin məqsədləri üçün istifadə edir. Amma Türkiyə Cümhuriyyətinin hər sahədə əsas məqsədi həqiqət və ədalətə xidmətdir. Hörmətli Prezidentimizin də 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və elmi araşdırmaların aparılmasına dair təklifi həqiqətə və tarixə adil perspektivdən baxmaqdır. Hansı parlament nəyə qərar verir, hansı xarici dövlət başçısı bu hadisələr haqda hansı ifadəni işlədəcək, bunun bizim üçün dəyəri yoxdur”, - deyə F. Altun vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR