Bank Of Baku

İran səfirliyi Tovuz şəhidlərinin 40-ı ilə əlaqədar başsağlığı verib

İran səfirliyi Tovuz şəhidlərinin 40-ı ilə əlaqədar başsağlığı verib
# 26 avqust 2020 15:11 (UTC +04:00)

İranın Azərbaycandakı səfirliyi Tovuz rayonunda döyüşlər zamanı həlak olan şəhidlərin 40-cı günü ilə əlaqədar başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə səfirliyin “Twitter” səhifəsində yazılıb.

Başsağlığında deyilir: “Ermənistanla son döyüşlərdə şəhid olan dost və qardaş Azərbaycan Respublikasının hərbçilərinin vəfatının 40-cı günü ilə əlaqədar başsağlığı veririk. Məhərrəm ayı ilə eyni dövrə təsadüf edən şəhidlərin matəmləri bizim kədərimizin daha da artmasına səbəb olmuşdur. Allahdan bütün şəhid ailələrinə səbr diləyirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR