Stefan Şennak: “Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək”

Stefan Şennak: “Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək”
  • Clock-gray 18:11
  • calendar-gray 23 Yanvar 2020

Bu gün Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasın (AŞPA) yaradılmış xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Muradova ölkəmizin Avropa Şurası ilə əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, ümumi dəyərləri bölüşdüyümüzü diqqətə çatdırıb.

Vitse-spiker AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün xüsusi komitə yaratmasının ölkəmizdə alqışlandığını qeyd edib: “Qarşıdakı parlament seçkiləri və onun AŞPA tərəfindən müşahidə olunması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İntensiv qarşılıqlı səfərlər, bu səfərlər zamanı aparılmış müzakirələrin nəticəsi ölkəmizə dair hazırlanacaq məruzədə öz əksini tapacaq”.   

Avropa Şurası ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan AŞPA Monitorinq Komitəsinin həmməruzəçi Stefan Şennak ölkəmizin quruma üzvlüyünün 19 ilinin tamam olması münasibətilə təbriklərini çatdırıb. O, əmin olduğunu bildirib ki, Azərbaycanda parlament seçkiləri də ədalət prinsipləri əsasında keçiriləcək.

Söhbət zamanı qonaqların qarşıdakı parlament seçkilərinə dair sualları cavablandırıldı, seçkiöncəsi siyasi vəziyyətə dair bir sıra məsələlərə aydınlıq gətirilib.

Görüşdə Milli Məclisin deputatları Sahibə Qafarova, Sevinc Fətəliyeva, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş və digər rəsmi şəxslər iştirak ediblər.

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date