Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib
  • Clock-gray 10:21
  • calendar-gray 16 İyul 2020

“Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Bildirilib ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün riyakar qaralama kampaniyasını Türkiyəyə qarşı da yönəldir.

Daha sonra qeyd olunub ki, Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq aşkar ortaya qoyur: “Kontekstdən ayrılan bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək. Bu cür yanaşma ilə yalnız birtərəfli tarixi anlayışlarını canlandırmaq və təcavüzlərinə haqq qazandırmaq təəssüratı yaradır. Təcavüzkar millətçiliyi alovlandıran bu şikəst yanaşma isə təəssüf doğurur”.

Qeyd edək ki, Ermənistan XİN Türkiyəni Azərbaycana açıq dəstək verdiyinə görə ittiham edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər