Zöhrab Mnatsakanyan Cenevrədə həmsədrlərlə görüşüb

Zöhrab Mnatsakanyan Cenevrədə həmsədrlərlə görüşüb
# 29 yanvar 2020 09:49 (UTC +04:00)

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrədə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan "Twitter" səhifəsində qeyd edib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR