Azərbaycanın Baş naziri gürcüstanlı həmkarını təbrik edib

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarını təbrik edib
# 13 sentyabr 2019 12:10 (UTC +04:00)

Azərbaycanın Baş naziri Novruz Məmmədov Giorgi Qaxarianı Gürcüstanın Baş naziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Baş nazir Novruz Məmmədovun “Twitter” səhifəsində qeyd olunub.

"Giorgi Qaxarianı Gürcüstanın Baş naziri təyin olunması münasibətilə təbrik edirəm. Azərbaycan və Gürcüstanı dostluq münasibətləri bağlayır. Dost Gürcüstan xalqının firavanlığı naminə ona gələcək fəaliyyətində uğurlar arzulayıram”, - dryə Azərbaycanın Baş naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR