Ərdoğan: “Artıq xarici pasportla yox, şəxsiyyət vəsiqəsilə Azərbaycana qarşlıqlı gediş-gəlişimiz mümkündür”

Ərdoğan: “Artıq xarici pasportla yox, şəxsiyyət vəsiqəsilə Azərbaycana qarşlıqlı gediş-gəlişimiz mümkündür”
  • Clock-gray 22:03
  • calendar-gray 14 Dekabr 2020

“Türkiyədən Azərbaycana və əksinə - Azərbaycandan Türkiyəyə artıq şəxsiyyət vəsiqəsilə heç bir maneə olmadan səfərimiz mümkün olacaq. Artıq xarici pasportla gediş-gəlişə ehtiyac yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə birgə keçirdiyi növbəti iclasında Azərbaycanla bağlı müzakirələrin olduğunu qeyd edərkən bu fikirləri səsləndirib.

R.T.Ərdoğan deyib ki, Azərbaycanla Türkiyə arasında qəbul edilən bütün müqavilələr iki qardaş ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirəcək: “Qarşılıqlı vizasız səyahət imkanları ilə yanaşı, media, sərmayə yatırımı, müdafiə sənayesi və infrastruktur başda olmaqla hər sahədə əməkdaşlığımızdan daha uğurlu nəticələr qazanacağımıza əminəm. Dəyərli qardaşım İlham Əliyevin dəvətilə əlaqədar dost ölkəyə səfərimizlə bağlı şəxsim, həyat yoldaşım və millətim adına özünə, həyat yoldaşına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Qazanılan zəfərlə bağlı bir daha Azərbaycan türklərini təbrik edirəm”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər