Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirilib

Ukraynanın Azərbaycandakı səfirliyində bayraq endirilib
# 23 noyabr 2019 12:13 (UTC +04:00)

Qolodomor hadisələri ilə bağlı Ukraynanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib.

APA-nın xəbərinə görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Twitter" səhifəsində bildirib.

“1932-1933-cü illərdə Ukraynada Qolodomor zamanı ölən 7 milyon günahsız insanın xatirəsini anmaq üçün Azərbaycandakı səfirliyimizin bayrağı yarıya qədər endirilib və qurbanlar üçün şam yandırılıb. Ukrayna xalqına qarşı törədilən bu soyqırımın tarixi və ruhu hələ də yaşayır”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR