Azərbaycan, Rusiya və Qazaxıstanın Hesablama Palataları Xəzər dənizində su bioloji resurslarından istifadə məsələlərini müzakirə edəcək

Azərbaycan, Rusiya və Qazaxıstanın Hesablama Palataları Xəzər dənizində su bioloji resurslarından istifadə məsələlərini müzakirə edəcək
# 12 fevral 2007 15:42 (UTC +04:00)
Azərbaycan, Rusiya və Qazaxıstanın Hesablama Palataları “Xəzər dənizində su bioloji resurslarından istifadənin səmərəliliyi, habelə nərə balıq növlərinin mühafizəsi, qorunması, bərpası və rasional istifadəsinə yönəldilən vəsaitlərdən istifadənin səmərəliliyinin paralel yoxlanılması barədə” qərarının icrasının nəticələrini müzakirə edəcəklər. Bu barədə APA-ya Azərbaycan Hesablama Palatasının beynəlxalq münasibətlər və informasiya texnologiyaları şöbəsinin müdiri Fuad İbrahimov məlumat verib. F.İbrahimovun sözlərinə görə, Hesablama Palatalarının nümayəndələri Rusiyanın Surqut şəhərində görüşəcəklər: “Azərbaycan, Rusiya və Qazaxıstan qərara uyğun olaraq öz ölkələrində apardıqları auditin nəticələrini bir-birinə təqdim ediblər. Görüşdə auditlərin nəticələri müzakirə olunacaq və yekun rəy hazırlanacaq”.
Qeyd edək ki, “Xəzər dənizində su bioloji resurslarından istifadənin səmərəliliyi, habelə nərə balıq növlərinin mühafizəsi, qorunması, bərpası və rasional istifadəsinə yönəldilən vəsaitlərdən istifadənin səmərəliliyinin paralel yoxlanılması barədə” qərara əsasən, tərəflərdən hər biri Xəzər dənizinin öz milli bölmələrində müvafiq nəzarət tədbiri keçirməli, yoxlama nəticələri üzrə müvafiq məlumatlar tərtib edərək yekun sənəd hazırlamalıdır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR