ABŞ-da “İda” qasırğasından ziyan çəkən sakinlərin hər birinə 500 dollar yardım edilib

ABŞ-da “İda” qasırğasından ziyan çəkən sakinlərin hər birinə 500 dollar yardım edilib
# 04 sentyabr 2021 05:16 (UTC +04:00)

ABŞ hökuməti “İda” qasırğasından ziyan çəkən Nyu Orlean ştatının sakinlərinin hər birinin bank hesabına 500 dollar vəsait köçürüb.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden fəlakətin nəticələrini aradan qaldırılması işləri ilə tanış olmaq üçün sözügedən ştata səfəri zamanı bildirib.

ABŞ lideri çıxışı zamanı deyib ki, indiyə qədər Luiziana sakinlərinə 100 milyon dollar birbaşa yardım göstərilib. hər bir nəfərin bank hesabına 500 dollar köçürülüb.

Bayden, həmçinin, qasırğadan təsirlənən bölgələrdə yanacaq çatışmazlığı ilə bağlı, lazım gələrsə, ölkənin strateji neft ehtiyatından istifadə etməyi əmr etdiyini də xatırladıb.

Qeyd edək ki, 4 -cü kateqoriya hesab edilən "İda" qasırğası avqustun 29-da Luizianada fəsadlar törədib. Qısa müddətdə tropik fırtına ilə üzləşən bölgədə azı altı nəfər ölüb. Luiziana və Missisipi ştatlarında güclü yağış və külək olub. Alabama, Missisipi və Florida əyalətlərində tornado təhlükəsi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR