ABŞ Kabildə yeni terror aktının olacağını ehtimal edir

ABŞ Kabildə yeni terror aktının olacağını ehtimal edir
# 28 avqust 2021 00:58 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden administrasiyası yaxın günlərdə Kabildə yeni terror aktının törədiləcəyini hesab edir, bu səbəbdən paytaxt hava limanını qorumaq üçün maksimum tədbirlər görülüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

“Bu gün səhər prezident hərbi komandirlərimiz və diplomatlarımız da daxil olmaqla milli təhlükəsizlik komandası ilə görüşüb. ABŞ-nin vitse-prezidenti Kamala Harris də videokonfrans vasitəsilə görüşə qatılıb. Komanda üzvləri prezidentə və vitse-prezidentə məlumat verdilər ki, böyük ehtimalla yeni hücum olacaq, ancaq Kabil hava limanının qorunmasına maksimum tədbirlər görülüb”, - deyə Ağ Evin yaydığı açıqlamada qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR