FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

FES baza faiz dərəcəsini yenə dəyişməz saxlayıb

© APA | ABŞ Federal Ehtiyat Sistemi

# 17 iyun 2021 02:37 (UTC +04:00)

ABŞ Federal Ehtiyat Sistemi (FES) iyun ayı üzrə keçirilmiş iclasdan sonra baza faiz dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun yaydığı sənəddə deyilir.

Qərar əksər analitiklərin də proqnozlarına uyğun gəlib.

Qeyd edək ki, tənzimləyici 2020-ci ilin mart ayında plandan kənar faiz dərəcəsini iki dəfə illik 0-0,25% səviyyəsinə endirəndən bəri bu göstəricini artıq onuncu dəfədir ki, dəyişməz olaraq saxlayır. FES faiz dərəcəsini koronavirus pandemiyasının ağır iqtisadi təsirinə cavab olaraq azaltmağa qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR