Texasda atışma nəticəsində azı 12 nəfər yaralanıb

Texasda atışma nəticəsində azı 12 nəfər yaralanıb
# 12 iyun 2021 13:12 (UTC +04:00)

ABŞ-ın Ostin şəhərində (Texas ştatı) şənbə günü baş verən atışma nəticəsində ən az 12 nəfər yaralanıb.

APA-nın məlumatına görə, bu barədə şəhərin təcili tibbi yardım xidmətinin “Twitter” səhifəsində deyilir.

“Xəstələrin ümumi sayı 12 nəfərdir”, - deyə qeyd olunub.

Dörd nəfərin həkimlər tərəfindən xəstəxanalara aparıldığı, altı yaralının şəhər polisi, iki yaralının şəxsi avtomobillərlə daşındığı qeyd edilir. Bundan əlavə, iki nəfər travmatoloji müəssisələrinə göndərilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı barədə hələ məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR