Azərbaycanda sahə baytarları dövlət müqaviləsi ilə fəaliyyət göstərəcəklər

Azərbaycanda sahə baytarları dövlət müqaviləsi ilə fəaliyyət göstərəcəklər
# 30 avqust 2021 14:41 (UTC +04:00)

Sentyabrın 1-dən bu ilin sonunadək Azərbaycanda sahə baytarları mərhələli şəkildə əmək müqaviləsi ilə deyil, dövlətlə xidməti müqavilə ilə fəaliyyətə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, baytarlarla ilk müqavilə avqustun 31-də imzalanacaq. Sənəd "Özəl baytarlıq – fermerə təkmil, rəqabətli və səmərəli xidmət" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanacaq.

Konfrans kənd təsərrüfatı naziri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Dünya Bankının ölkə üzrə meneceri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin və digər yerli və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR