“Monte Ferro” Aqroparkı intensiv fındıq sahələrini genişləndirir

“Monte Ferro” Aqroparkı

© APA | “Monte Ferro” Aqroparkı

# 12 oktyabr 2021 10:00 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib.

APA-nın məlumatına görə, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir.

Ölkə Prezidenti hər il aqrar sahənin inkişafı ilə bağlı Fərman və Sərəncamlar imzalayır. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Ölkəmizdə kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu baxımdan aqrar sahədə xüsusi rola malik meyvəçilik, xüsusilə qərzəkli meyvəçiliyin inkişafı mühüm əhəmiyyətə malikdir. Qərzəkli meyvə istehsalı, həmçinin fındıqçılıq sahəsində məhsuldarlığın artırılması daim diqqətdə saxlanılır. Ölkədə fındıqçılığın inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Son illərdə Dövlət Başçısının verdiyi tapşırıqlar, fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı görülmüş işlər öz bəhrəsini verir, fındıq bağlarının sahələri genişləndirilir.

“Monte Ferro” Aqroparkı da Azərbaycanda fındıq bağlarının salınması ilə bağlı layihələr icra edir. Aqroparkın əsas məqsədi fındıq yetişdirilməsi sahəsində dünya təcrübəsindən maksimum dərəcədə faydalanmaq, yeni texnologiyalardan istifadə etmək, aqrar sahədə ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması, həmçinin ölkəmizin ixrac potensialının artırılmasında yaxından iştirak etməkdir. Şirkət son 4 ildə fındıqçılıq təsərrüfatını yaratmaq məqsədilə 3000 ha torpaq sahəsi əldə edib. Əvvəllər istifadə olunmayan, əkinə və bağçılığa yarasız sayılan təqribən 2000 ha-dan çox sahədə yeni fındıq bağları salınıb. Hazırda digər ərazilərdə fındıq bağlarının salınması ilə bağlı işlər davam etdirilir.

2017.12.20

2020.05.05

“Monte Ferro” şirkəti tərəfindən Şəkinin Biləcik və Bideyiz kəndlərində yerləşən keçmiş çay vadiləri ərazilərində salınmış fındıq bağlarını ərsəyə gətirmək böyük investisiya ilə yanaşı, gərgin əmək tələb edir. Bu sahədə ilk bağın salınmasına 2017-ci ildən başlanılıb və hazırda proses mərhələli şəkildə davam etdirilir. Ərazilərin bir hissəsi əvvəlcə daşlardan, kol-kosdan təmizlənir, hamarlaşdırılır, mürəkkəb şəraitə malik sahədə ağır əmək, vəsait sərf etməklə yeni intensiv fındıq bağları salınır.


2020.09.01

İstər Bideyiz kəndi yaxınlığında salınmış 500 ha, istərsə də Biləcik kəndi yaxınlığında salınmış 415 ha ərazinin digər hissəsində həm texnikaların, həm də işçilərin əl əməyi vasitəsilə çay daşlarından və koldan təmizlənməsi prosesi davam etdirilir. Çay məcrasında yerləşən hər iki fındıq bağları Azərbaycanda ilk dəfə olaraq İsraildən alınan müasir damla suvarma sistemi ilə təmin olunub. Bunun üçün hər biri 10 min kub metr olmaqla 4 süni hovuz yaradılıb, 8 artezian qurulub. Yeni biliklərə yiyələnmək və təcrübə əldə etmək məqsədilə şirkət işçiləri Türkiyə, İtaliya və ABŞ-da fındıq bağlarına səfər edərək fındıq sahələrinin salınmasında qabaqcıl təcrübələrlə tanış olublar. Eyni zamanda, mütəmadi olaraq Türkiyədən dəvət olunan mütəxəssislər aqroparkın fındıq sahələrinə baş çəkir, müvafiq tövsiyələr verir.


İl boyu çəkilən zəhmət, sərf olunan zaman və qoyulan küllü miqdarda maliyyə vəsaitinin qarşılığında bağlar artıq tədricən öz bəhrəsini verməyə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR