İranda “Bəsic” üzvlərinə silahlı hücum olub

İranda “Bəsic” üzvlərinə silahlı hücum olub
# 16 iyul 2020 10:44 (UTC +04:00)

İranda “Bəsic” üzvlərinə qarşı silahlı hücum olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusundan (SEPAH) bildirilib.

Məlumata görə, ötən gecə Kürdüstan əyalətinin Sərvabad şəhərinin Uraman bölgəsində “Bəsic” üzvlərindən 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qeyd olunub ki, hadisə “Bəsic” üzvləri ərazidə koronavirusla mübarizə ilə əlaqədar insanlara yardım paylayan zaman baş verib.

SEPAH cinayəti törədənlərin cəzalandırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR