BƏƏ-nin vəliəhd şahzadəsi on ildə ilk dəfə Türkiyəyə səfər edəcək

BƏƏ-nin vəliəhd şahzadəsi on ildə ilk dəfə Türkiyəyə səfər edəcək
# 15 noyabr 2021 13:39 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl Nəhyan on ildə ilk dəfə Türkiyəyə səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə "Middle East Eye" iki rəsmi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, BƏƏ-nin vəliəhd şahzadəsinin noyabrın 24-də baş tutması gözlənilən səfəri BƏƏ və Türkiyənin ötən yay münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlməsindən sonra simvolik dönüş nöqtəsi olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR