Çin "Sinovac Biotech" vaksininin uşaqlarda tətbiqini təsdiqləyib

Çin "Sinovac Biotech" vaksininin uşaqlarda tətbiqini təsdiqləyib
# 05 iyun 2021 10:35 (UTC +04:00)

Çin yeni növ koranavirus (COVID-19) əleyhinə "Sinovac Biotech" vaksininin 3-17 yaşlı uşaqlarda tətbiqini təsdiqləyib. APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkətin icraçı direktoru Yin Veidonq dövlət telekanalına açıqlamasında bildirib. Onun sözlərinə görə vaksinin tətbiqi ilə bağlı aparılan kliniki sınaqların ikinci mərhələsi tamamlanıb və əldə edilən ilkin nəticələr onun qeyd edilən yaşda olan uşaqlarda immun sisteminin cavab reaksiyasını hərəkətə keçirdiyi və əksər yan təsirlərin yüngül olduğunu ortaya qoyub.

Y. Veidonq bildirib ki, "Sinovac" vaksinin daha gənc qruplarda istifadəsi Çinin vaksinasiya strategiyasını tərtib edən səhiyyə rəsmilərinin qərarı ilə mümkün olacaq.

İcraçı direktor onu da vurğulayıb ki, "Sinovac" vaksininin üçüncü dozasının tətbiqi ilə bağlı tövsiyə verilməsi üçün antitellərin qalma müddətinə dair uzunmüddətli müşahidələrə ehtiyac var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR