İranda kişi arvadını, iki övladını və qayınlarını avtomatla güllələyərək qətlə yetirib

İranda kişi arvadını, iki övladını və qayınlarını avtomatla güllələyərək qətlə yetirib
# 22 noyabr 2021 17:19 (UTC +04:00)

İranda ər öz həyat yoldaşını, qızı və oğlunu və iki qaynını avtomatla gülləyərək qətlə yetirib.

APA-nın Tehran bürosunun xəbərinə görə, hadisə Şiraz şəhərində baş verib.

Həmin şəxs daha iki nəfəri isə girov götürüb.

Hadisə yerinə polis əməkdaşları gəlib, polislə və cinayəti törədən şəxs arasında atışma baş verib.

Polis girov götürülmüş iki nəfəri azad edib, hadisəni törədən şəxs zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR