KİV: "Taliban" ABŞ və NATO qüvvələri ilə əlaqəsi olan əfqanları axtarır

KİV: "Taliban" ABŞ və NATO qüvvələri ilə əlaqəsi olan əfqanları axtarır
# 20 avqust 2021 06:37 (UTC +04:00)

“Taliban” yaraqlıları ölkədə ABŞ və NATO qüvvələri ilə əməkdaşlıq edən əfqanların axtarışlarını gücləndiriblər.

APA xəbər verir ki, bu barədə “New York Times” qəzeti BMT-nin məxfi sənədinə istinadən yazıb.

Əfqanıstandakı vəziyyətin ekspert qiymətləndirməsi BMT-nin müxtəlif struktur və agentliklərinə kəşfiyyat məlumatları verən Norveç Qlobal Təhlil Mərkəzi tərəfindən tərtib edilib.

Sənədə əsasən, “Taliban” evləri gəzir və “siyahıya aldıqları şəxslər təslim olmasalar, onları həbs edir və ya ailə üzvlərini həbs edəcəkləri və ya öldürəcəkləri ilə hədələyirlər”. Qeyd olunur ki, bu siyahıya Kabul hava limanında təxliyə olunacaqlarını gözləyənlərin çoxu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR