Britaniyanın Birminqem şəhərində bıçaqlanan 8 nəfərdən 1-i ölüb, 2-nin durumu ağırdır

Britaniyanın Birminqem şəhərində bıçaqlanan 8 nəfərdən 1-i ölüb, 2-nin durumu ağırdır
# 06 sentyabr 2020 19:56 (UTC +04:00)

Britaniyanın Birminqem şəhərində bir-birinə yaxın məsafələrdə yerləşən 4 məkanda bir neçə saat fərqi ilə bıçaqlanma hadisələri baş verib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, nəticədə bir nəfər ölüb, ikisi ağır olmaq üzrə, ümumilikdə 7 nəfər yaralanıb.

West Midlands Polisi hücumların terrorla əlaqəsinə və ya nifrət cinayətindən qaynaqlandığına dair hər hansı bir əlamət aşkarlanmadığını bəyan edib.

Təxminən eyni saatlarda baş verən bıçaqlanmaların motivi bəlli deyil və bıçaqlananlar arasında heç bir əlaqə tapılmayıb.

Baş nəzarətçi Steve Graham istintaqın başlanğıc mərhələsində olduqlarını, bıçaqlanma hadisəsi törədən şəxsin axtarıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR