Dünyada son sutkada 847 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 847 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 07 may 2021 04:14 (UTC +04:00)

Dünyada son sutka ərzində 847 537 nəfər koronavirusa yoluxub, 14 777 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 154 815 600 yoluxma hadisəsi, 3 236 104 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 58 faizdən çoxu Cənub-Şərqi Asiyanın (432 620) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (197 431) ilə Avropa (152 293) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR