Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərini bombardman edib

Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərini bombardman edib
# 28 oktyabr 2008 14:00 (UTC +04:00)
Ankara – APA. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombardman edib. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi açıqlamasında bildirilir ki, oktyabrın 28-də İraqın şimalında yerləşən Hakurk, Avaşin-Basyan və Zap bölgələrində müəyyənləşdirilən PKK hədəflərinə hərbi təyyarələr və toplar vasitəsilə zərbələr endirilib. Hədəflər tam dəqiqliklə vurulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR