Fransada atışma olub, iki nəfər yaralanıb

Fransada atışma olub, iki nəfər yaralanıb
# 21 avqust 2021 04:14 (UTC +04:00)

Fransanın Marsel şəhərində ticarət mərkəzinin yaxınlığında atışma baş verib.

APA BFMTV telekanalına istinadən xəbər verir ki, şəhərin 10-cu dairəsində qeydə alınan hadisə nəticəsində iki nəfər yaralanıb.

Yaralılardan biri qarnından xəsarət alıb. Onu hüquq-mühafizə orqanlarının tanıdığı bildirilib.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR