Fransada polis qanunsuz keçirilən ziyafəti dağıdarkən qarşıdurma yaranıb

Fransada polis qanunsuz keçirilən ziyafəti dağıdarkən qarşıdurma yaranıb
# 19 iyun 2021 22:34 (UTC +04:00)

Fransanın Bretan bölgəsinin Redon şəhərində cümə günündən bəri davam edən qeyri-qanuni ziyafət təşkil olunub.

APA yerli BFM TV kanalına istinadən xəbər verir ki, polis hadisə yerinə gedərək məclisin dayandırılmasını tələb edib. 

Qarşı tərəf polisin tələbinə əməl etməyərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına molotof kokteyli və digər əşyalar atıblar. 

Yeddi saatdan çox davam edən qarşıdurma zamanı beş jandarma yaralanıb və tədbir iştirakçılarından birinin qolu sınıb.

Polis gözyaşardıcı qazdan istifadə edərək tədbiri dağıtmağa müvəffəq olub.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR