Gürcüstanda son sutka ərzində 3196 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində 3196 nəfər koronavirusa yoluxub
# 31 iyul 2021 11:08 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3196 yoluxma halı qeydə alınıb, 27 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 419 534, ölənlərin sayı isə 5 820 nəfərə çatıb.

Virusa yoluxanlardan 382 393 nəfərin sağaldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR