İtaliyada fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılıb

İtaliyada fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılıb
# 23 iyul 2021 02:07 (UTC +04:00)

İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş fövqəladə vəziyyət rejimi 31 dekabr 2021-ci il tarixinə qədər uzadılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hökumətin müvəfiq qərarı barədə açıqlamanı səhiyyə naziri Roberto Speransa Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında edib.

“Yenicə təsdiqlənmiş fərmanda fövqəladə vəziyyət rejiminin 31 dekabr tarixinə qədər uzadılması əks olunub”, - nazir belə deyib.

Qeyd edək ki, son sutkalıq statistikaya əsasən, İtaliyada koronavirusa 5057 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxmuş 15 nəfər dünyasını dəyişib, 1483 nəfər isə müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 4 302 393 nəfərin COVID-19-a yoluxması təsdiqlənib, 127 920 nəfər isə koronavirusun qurbanına çevrilib.

Xatırladaq ki, 2020-ci ilin yanvar ayının sonundan tətbiq olunan fövqəladə vəziyyət rejimi bundan əvvəl də uzadılıb və onun müddəti 31 iyulda bitib. Bu rejim hökumətə təcili qaydada, parlamentin dərhal təsdiqinə ehtiyac olmadan fövqəladə qərarlar qəbul etməyə, xüsusilə komendant saatı tətbiq etməyə və xüsusi fondlardan vəsait ayırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR