Ukrayna XİN Ərdoğanın Kiyevlə Moskva arasında vasitəçilik təşəbbüsünə münasibət bildirib

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 29 noyabr 2021 19:18 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna arasında münasibətlərin normallaşması üçün vasitəçilik təklifinə münasibət bildirib.

APA-nın xəbərinə görə, D. Kuleba "ZOOM" vasitəsilə xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib ki, Ukrayna ilə Türkiyə arasında mükəmməl əlaqələr var: “Ölkələrimizin prezidentləri arasında bir-birinə qarşı çox yüksək səviyyədə etimad var”. Onun sözlərinə görə, Ukrayna heç vaxt dialoqu təbliğ edən təşəbbüslərə qarşı olmayıb, əksinə hər zaman bunu dəstəkləyib.

“Biz regionda bu müharibəyə son qoyacaq və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək bütün təşəbbüsləri və bu təşəbbüslər çərçivəsində səylərin koordinasiyasını alqışlayır, xoş qarşılayırıq. Ancaq, eyni zamanda, onu da vurğulyırıq ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı hər hansı razılaşmanı qəbul etməyəcəyik", -deyə Ukrayna XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR