Ermənistan silahlı qüvvələri Ağdamın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan ordusunun ağır artilleriyadan atdığı top mərmisi APA TV-nin operatoru Arzu Quliyevin yaşadığı evin həyətinə düşüb.
Nəticədə yardımçı tikiliyə zərərə dəyib.
A. Quliyev bildirib ki, eyni vaxtda həmkəndlisi Məhəmməd Qasımovun da evinin həyətinə top mərmisi düşüb.