Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb

Ermənistan ordusunun təxribatı nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb
# 29 oktyabr 2020 13:30 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 90 mülki şəxs həlak olub, 392 nəfər yaralanıb.

Bundan başqa, 423 mülki obyekt, 92 çoxmənzilli yaşayış binası və 2 406 yaşayış evi yararsız vəziyyətə düşüb.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR