Həmsədrlər bəyanat yayıb

Həmsədrlər bəyanat yayıb
# 27 sentyabr 2020 14:13 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda bildirilib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlara dair xəbərləri narahatlıqla izləyirlər.

"Gücün tətbiq edilməsini şiddətlə qınayırıq və mülki şəxslər də daxil olmaqla insan tələfatına təəssüflənirik. Həmsədrlər tərəflərə hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin davamlı həll yollarını tapmaq üçün danışıqları bərpa etməyə çağırır.

Həmsədrlər tərəfləri regiondakı vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırır və bir daha vurğulayır ki, münaqişənin sülh və danışıq yolu ilə həllinə alternativ yoxdur", - deyə bəyanatda qeyd olunur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR