Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır

Kreml: Qarabağın statusu ilə bağlı BMT TŞ-nın qətnamələrindən çıxış etmək lazımdır
# 10 noyabr 2020 13:56 (UTC +04:00)

“Qarabağla bağlı bəyanatda bu regionun statusu qeyd olunmur. Burada beynəlxalq aktlardan və BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrindən çıxış etmək lazımdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bəli, bu sənəddə Qarabağın statusu ilə bağlı danışılmır. Hazırda biz beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR