ADP və Ümid Partiyası “Qarabağ” siyasi partiyalar blokunun təsis olunması barədə saziş imzalayıb

ADP və Ümid Partiyası “Qarabağ” siyasi partiyalar blokunun təsis olunması barədə saziş imzalayıb
# 24 fevral 2011 10:15 (UTC +04:00)
Ümid Partiyasından APA-ya verilən məlumata görə, mərasimdə blokun həmtəsisçiləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə yeni yaradılan birliyin məqsəd və məramı barədə çıxış ediblər. Sonra blokun təsis edilməsi ilə bağlı partiya sədrləri tərəfindən saziş imzalanıb. 10 müddəadan ibarət olan sazişdə blokun fəaliyyət istiqamətləri, təsisçilərin üzərinə düşən vəzifə və siyasi aksiyalarda birgə iştiraka dair məsələlər yer alıb.

Qeyd edək ki, “Qarabağ” bloku 2010-cu ildə keçirilən parlament seçkiləri ərəfəsində ADP, Ümid və Aydınlar partiyası tərəfindən seçki bloku kimi təsis olunub. Seçkidən sonra isə ADP və Ümid Partiyası “Qarabağ” blokunu siyasi partiyalar birliyi kimi saxlamaq qərarına gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR