Baş prokurorun birinci müavini Rüstəm Usubov: “Sabiq nazirlərin işi ilə bağlı istintaq uzun çəkməyəcək”
23 dekabr 2006 10:12 (UTC +04:00)
Fərhad Əliyevin xəstəliyi ilə əlaqədar 12 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Həkimlər onu müayinə edərək bu qənaətə gəliblər ki, Fərhad Əliyevin səhhəti normaldır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov deyib. R. Usubov bildirib ki, sabiq nazirlər barəsində aparılan istintaqın qəsdən uzadılması ilə bağlı gəzən söz-söhbətlərin heç bir əsası yoxdur: “İstintaq məsələni köklü şəkildə araşdırır. Mən hesab edirəm ki, sabiq nazirlərin işi ilə bağlı istintaq uzun çəkməyəcək”. R. Usubov sabiq səhiyyə naziri Əli İnsanovun üzərindən dövlət çevrilişi ittihamının götürülməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını söyləyib. Baş prokurorun müavini həmçinin bildirib ki, İnterpol xətti ilə beynəlxalq axtarışda olan Mahir Cavadov və digər şəxslər gec-tez həbs edilərək Azərbaycana gətiriləcəklər: “Biz bununla bağlı lazımi müraciətləri etmişik”. /APA/
Daxili siyasət
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
09:31
26 aprel 2024
PA Vətəndaş Qəbulu Mərkəzində mayda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:04
25 aprel 2024
Naxçıvanın Baş naziri işdən azad olunub, yeni Baş nazir təyin edilib
11:50
25 aprel 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib, baxılan müraciətlərin sayı 300-ü keçib
16:32
24 aprel 2024