Nazir “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun qəbulunun gecikmə səbəbini açıqlayıb

Nazir “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun qəbulunun gecikmə səbəbini açıqlayıb
# 11 noyabr 2021 13:24 (UTC +04:00)

““Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun maliyyə təminatını düzgün qiymətləndirməliyik. Bununla bağlı hökumətdə müzakirələr aparılır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, köhnə qanunda nəzərdə tutulan bir sıra müddəaların yerinə yetirilməsi mümkün olmayıb: “Tutaq ki, yerli icra hakimiyyətlərrinin hərbi qulluqsulara ev verməsi nəzərdə tutulmuşdu. Amma bu, reallaşmadı. Yalnız şüarlar əsasında o qanunun qəbulu olduqca risklidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR