Qarabağ Dirçəliş Fondunda yeni təyinat olub

Aybəniz İsmayılova

© APA | Aybəniz İsmayılova

# 19 may 2021 12:23 (UTC +04:00)

Qarabağ Dirçəliş Fondunda yeni təyinat olub.

Bu barədə APA-ya Fondun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Məlumatda bildirilib ki, Aybəniz İsmayılova Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri təyin olunub.

İsmayılova Aybəniz Rafiq qızı 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.

1993-2000 illərdə Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə “Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib. 2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.

20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazarət edib.

2019-2021 ci illərdə Qarabağ İcmasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olaraq, qaçqın və məcburi köçkünlərin vəziyyəti və qayıtmaq hüququ ilə bağlı bir çox beynəlxalq konfranslarda və mediada çıxış edib. Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda “Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR