TEAS Press Nəşriyyat evi “Xarıbülbülün nağılı”nı çap edib

“Xarıbülbülün nağılı” kitabı

© APA | “Xarıbülbülün nağılı” kitabı

# 01 iyun 2021 15:23 (UTC +04:00)

TEAS Press Nəşriyyat evi “Xarıbülbülün nağılı” kitabını çap edib.

APA-nın məlumatına görə, TEAS Press Nəşriyyat evinin nəşrə hazırladığı kitab Türkiyədə çap olunub.

Kitab Qarabağ müharibəsində, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımıza ithaf olunub.

Aybəniz İsmayılovanın müəllif olduğu kitabda Şuşanın rəmzi sayılan və 44 günlük Vətən müharibəsindən sonra qələbəmizin rəmzinə çevrilən Xarıbülbülün əfsanəsi yenidən canlandırılıb, Vətən müharibəsi ilə əlaqələndirilib.

İllüstrasiyaların müəllifi isə Aida Əmirovadır.

Nağıl sevgini, dostluğu, Vətəni uca tutanların fədakarlığı haqqındadır.

Kitabı ərsəyə gətirənlər uşaqların illüstrasiyalarla zəngin “Xarıbülbülün nağılı”nı böyük maraq və həvəslə oxuyacaqlarına, bu kitabın onlara ülvi duyğular, vətənpərvərlik ruhu aşılayacağına inandıqlarını bildiriblər.

“Xarıbülbülün nağılı”nı bütün kitab mağazalarından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR