Türkiyədə futbolçunun ürəyi tutub

Türkiyədə futbolçunun ürəyi tutub
# 08 iyul 2021 14:05 (UTC +04:00)

Türkiyə klubu “Alanyaspor” xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisinin bugünkü məşqindən əvvəl futbolçu Kuma Babakarın vəziyyəti pisləşib.

Dərhal dövlət xəstəxanasına aparılan Seneqal millisinin hücumçusunun ürək tutması keçirdiyi müəyyənləşib. Lakin həkimlər 28 yaşlı oyunçunu orada çox saxlamayıb, təcili tibbi yardımla Alanyadakı özəl xəstəxanalardan birinə aparıb.

“Alanyaspor” rəsmi saytı vasitəsilə Babakarın müalicəsinə başlandığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR