“Barselona”nın hücumçusu AVRO-2020-ni buraxacaq

#
# 10:35
4 may 2021

“Barselona”nın hücumçusu Ansu Fati yenidən əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı forvardın sağalma prosesi bir qədər də yubanacaq.

Gənc futbolçunun iyulda məşqləri bərpa etməsi gözlənilir. Yəni Fati yalnız növbəti mövsümə hazırlaşacaq. Bu isə o deməkdir ki, İspaniya millisinin üzvü AVRO-2020-yə aparılmayacaq.

Qeyd edək ki, Ansu Fati ilk əməliyyatını ötən ilin noyabrında keçirib. O, həmin vaxtdan yaşıl meydanlardan uzaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR